Dominikan Respublikasından Moskvanın Domodedova aeroportuna uçan Rusiyaya məxsus Boeing777-2000 təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra təcili eniş edib.
Buna təyyarədə baş verən texniki nasazlıq səbəb olub.
Enmə zamanı təyyarənin ön hissəsi alışıb. Xəsarət alanların olmadığı bildirilir.
Sərnişinlər hamısı təxliyyə olunub.
Qeyd edək ki, “Orenair” aviaşirkətinə məxsus Boeing 777-200 təyyarəsinin göyərtəsində 351 sərnişin, 20 ekipaj üzvü olub.
(apa)