Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şurasının yaradılmasının əsl səbəbləri redaksiyamıza maraqlı məlumat daxil olub. Yada salaq ki, rəsmi məlumata görə, bu şuraların yaradılmasında məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsidir.
“Azadlıq”a daxil olan xəbərdə isə bildirilir ki, Apelyasiya Şuralarının yaradılması problemlərin ictimailəşməsi və məhkəmə müstəvisinə çıxarılmasının qarşısını almaq məqsədi daşıyır. Məlumatda bildirilir ki, bu şuralar bir növ süzgəc rolunu oynayacaq. “Şikayətçilərlə Apelyasiya Şuralarında profilaktik söhbətlər apararaq onları problemi ictimailəşdirməkdən çəkindirəcəklər. Yəni, bu quralar heç də rəsmi məlumatda deyildiyi imi şəffaflığın və obyektivliyin təmin edilməsinə, problemin həllinə xidmət etməyəcək. Əgər hökumət vətəndaşların problemlərini həll etmək niyyətindədirsə ümumiyyətlə bu şuraları yaratmağa ehtiyac yoxdur. Elə mediada ayrı-ayrı məmurların qanunsuzuluğu barədə dərc edilən məlumatlar araşdırılıb tədbir görülməsi kifayət edərdi ki, onlar bir daha qanunsuzluğa yol verməsin”, – deyə məlumatı verən mənbə bildirib.