“NATO ölkələri müdafiə nazirlərinin bu həftə alyansın şərq cinahının gücləndirilməsi ilə bağlı plan qəbul edəcəkləri gözlənilir.”
Bunu fevralın 10-da təşkilatın baş katibi Jens Stoltenberq bəyan edib.
O müdafiə nazirlərinin Brüsseldə keçirilən 2 günlük toplantısında deyib ki, NATO-nun Polşa və Rusiyaya yaxın olan digər müttəfiq ölkələrdə iştirakının genişlənməsi dəqiq siqnal olacaq.
Baş katib qeyd edib ki, təşkilat istənilən müttəfiqə qarşı təcavüzə eyni reaksiya verəcək.
Yeni planda söhbət hərbi texnikalar cəmləşdirilməsi, yeni infrastruktur yaradılması və çoxmillətli qüvvələrin iştirakından gedir. (azadliq.org)