ABŞ-ın Dövlət Departamenti 2017-ci ilin dövlət büdcəsində Rusiya ilə qonşu olan ölkələrdə korrupsiya ilə mübarizə və cəmiyyətin demokraikləşməsini dəstəkləmək proqramına 953 milyon dollara yaxın vəsait ayırmağı planlaşdırır.
Xatırladaq ki, Birləşmiş Ştatlar Administrasiyası çərşənbə axşamı 2017-ci maliyyə ili üçün öz büdcə layihəsini Konqresə təqdim edib.
Onun həcmi təqribən 4,1 trilyon dollar təşkil edir ki, bu da 2016-cı ilin analoji sənədində qoyulan məbləğdən 196 milyard dollar çoxdur.
Layihə yaxın 10 ildə büdcə kəsirinin 2,9 trln. dollar azaldılmasını nəzərdə tutur. Bu, hər şeydən əvvəl amerikalıların daha varlı təbəqəsi üçün vergi güzəştlərinin azaldılması hesabına baş verməlidir.
Onu da qeyd edək ki, Barak Obama İslam Dövləti qrupuna qarşı mübarizə üçün 7,5 milyard dollar vəsaitin ayrılmasını istəyir. Bu, 45 mindən artıq GPS sistemi vasitəsilə idarə edilən “smart bomba”ların alınması da daxil olmaqla, maliyyə vəsaitinin 50 faiz artırılması deməkdir.
(virtualaz)