“Fitch Ratings” – beynəlxalq reytinq agentliyi fevralın 26-da Azərbaycanın reytinqinə yenidən baxmağı planlaşdırır. Fins.az xəbər verir ki, bu açıqlama ilə “Sberbank Investment Research” araşdırma şirkəti çıxış edib: “Biz hesab edirik ki, bu təşkilat Azərbaycann reytinqini endirəcək. Hələ ki, o, “BBB-” səviyyəsindədir. İstisna deyil ki, “Fitch” həmin addımı planlaşdırılandan əvvəl atacaq”.
Xatırladaq ki, yanvarın 29-da “S&P” – beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqini 1 pillə endirərək “BB+”a salıb. Fevralın 5-də isə “Moody’s” – beynəlxalq reytinq agentliyi eyni addımı ataraq ölkənin reytinqini “Ba1” səviyyəsinə qədər azaldıb. Bu təşkilatın gələcəkdə reytinqi bir qədər də azaldacağı istisna deyil. Reytinqin endirilməsinə əsas səbəb neftin ucuzlaşmasının Azərbaycan üçün, o cümlədən ölkənin maliyyə sabitliyi üçün mənfi nəticələrə səbəb olmasıdır. Digər tərəfdən isə ucuz neft iqtisadi inkişafın ləngidib, büdcə üçün problemlər yaradıb, ölkənin ödəniş balansına mənfi təsir edib.