ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “Xocalı anım qrupu”nun üzvləri ilə görüşüb.
ABŞ səfirliyinin bu barədə yaydığı məlumata görə, Robert Sekuta faciə haqqında fikirləri eşitmək üçün belə bir görüş keçirib.
“Keçmiş faciələr yad olunmalıdır və təkrar faciələrin qarşısını almaq üçün barışıq səyləri ilə irəliləmək lazımdır”, – deyə səfir bildirib.
Robert Sekuta Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində bütün tərəflərin addımlar atmasının zəruriliyini qeyd edib.