Yunanıstan istiqamətində hərəkət edən qayıqlarının Türkiyə yaxınlığında batması nəticəsində azı 33 miqrant həyatını itirib, Türkiyə mətbuatı xəbər verir.
Anadolu və Doğan xəbər agentliklərinin verdiyi məlumata görə, Yunanıstanın Lesbos adası yaxınlığında 22 nəfər həlak olub.
Doğan agentliyinin bildirdiyinə görə, digər 11 nəfər cənubda, Dikili yaxınlığında baş vermiş başqa bir qəzada həyatlarını itirib.
Bu il 5 fevrala qədər Avropaya keçmək istəyən ən azı 374 nəfər həyatını itirib, Beynəlxalq Miqrant Təşkilatı (İOM) bildirib.
Türkiyədən Yunanıstana gedən dəniz yolu 2015-ci ildə Avropaya keçmək istəyən miqrantların ən çox istifadə etdiyi yoldur. (BBC azeri)