Bərdə rayonunda bir həyətdən 96 baş qoyun oğurlanıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə fevralın 3-də törədilib. Ağdam və Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Famil Musayevin həyətindən 96 baş qoyun oğurlamış həmyerliləri Sərvər Nəcəfov və Elşən Hidayətzadə tutulub. Digər 1 nəfər oğrunun kimliyi də müəyyən edilib.