Suraxanıda evinin damından yıxılan şəxs xəstəxanada ölüb. Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, fevralın 3-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan Telman Mustafayev evinin damında təmir işləri apararkən yıxılaraq xəsarət alıb. O xəstəxanaya yerləşdirilib və fevralın 7-də orada ölüb.
Araşdırma aparılır.