SocGen analitiki Albert Edvardsa görə, Çinin xarici valyuta ehtiyatları elə bir sürətlə “əriyir” ki, ölkənin ehtiyatları bir neçə ay ərzində tükənə bilər və hökumət ağ bayraq qaldıraraq yuanda sərbəst (üzən) məzənnə rejiminə keçmək məcburiyyətində qala bilər.
Marketwatch-ın xəbərinə görə, Eduards Cümə günü etdiyi açıqlamada, “Çin yuanı (ikinci adı renminbi) dəstəkləməyə davam edəndə bazarlar bundan məmnun olur, ancaq Çin rəsmiləri bu vəziyyətdən çox məmnun olmur”,- deyib.
Socgen, rezerv kafiliyi (yetərliliyi) barədə BVF-nin üsulundan istifadə edərək, Çinin xarici valyuta ehtiyatlarının tövsiyə edilən səviyyənin 118%-i səviyyəsində olduğunu təxmin edir. Ancaq, rəsmilərin Çin valyutasının dəyərini kəskin şəkildə aşağı salmağa yönələn səylərinin davam etməsi və kapital çıxışları səbəbindən Çinin xarici valyutada ehtiyatları qısa bir zamanda buxarlana bilər.
Rəsmi məlumatlara görə, Çinin ehtiyatlarının həcmi Dekabrda 3.33 trilyon dollar səviyyəsində idi. Eduard, Çinin ehtiyatlarının Yanvarda 120 milyard dollar azaldığını ehtimal edir və bu trendin gələcəkdə davam edəcəyini deyir.
Eduard, “Çinin ehtiyatları bir neçə ayda 2.8 trilyon dollara çata bilər. Bu zaman ehtiyatlar BVF tərəfindən tövsiyə edilən aşağı səviyyəyə geriləmiş olacaq”,- deyib. Ehtiyatların bu səviyyəyə çatması yəqin ki, “spekulyativ satış dövriyyəsini” tətikləyəcək, bu hal da 6 ay içərisində Çin Mərkəzi Bankını (PBOC) sərbəst məzənnə rejiminə keçməyə məcbur edəcək.
Yuan hazırda PBOC-ın müəyyənləşdirdiyi bir dəhliz daxilində əməliyyat görür və PBOC istədiyi zaman bu intervalda (dəhlizdə) dəyişiklik apara bilər.
SocGenin Çin üzrə iqtisadçısı Wei Yao, bir neçə gün əvvəl dərc olunan hesabatında, “Kapital çıxışları mövcud sürətini davam etdirərsə, PBOC yuanı 2-3 rübdən daha çox müdafiə edə bilməz”,-yazmışdı.
Yao, “Çinin ehtiyatları 2014-cü ilin ortası ilə müqayisədə 663 milyard dollar azalıb. Bu ölçüdə kapital çıxışının davam etməsi, Çinli rəsmilərin yuanı nəzarət altında saxlamaq qabiliyyətinə olduqca zərər verir və qarşıdakı dövrdə ödənişlər balansına da mənfi təsir edə bilər”, -deyib.
(marja)