Pentaqon İraq və Əfqanistanda ABŞ əsgərlərinin məhbuslara işgəncə verməsini təsdiq edən şəkilləri dərc edib. Bu şəkillərlə bağlı qalmaqal 12 il davam edib. 2004-cü ildən hüquq müdafiəçiləri həbsxanalarda işgəncələrin araşdırılması ilə bağlı faktların açıqlanmasını tələb edib. Ötən ilin mart ayında məhkəmə hüquq müdafiəçilərinin iddiasını təmin edib. Məhkəmə qərarına əsasən Pentaqon tələb olunan şəkilləri açıqlamalı idi.
Pentaqon rəsmiləri işgəncə verməkdə günahkar bilinən hərbçilərin cəzalandırılıdığını, bəzilərinin hətta ömürlük həbs cəzasına məhkum edildiyini bildiriblər.
azadlıq.info