Icra başçıları Prezident Administrasiyasına göndərdikləri raportlarda nə yazıblar?
Hələ bir müddət əvvəl ölkə başçısı Ilham Əliyev müşavirələrin birində rayonlara dotasiya ayrılmasına məsələsinə toxunaraq bildirmişdi ki, bəzi rayonlar dotasiyası da keçinə bilərlər. Və o zamana belə məlumat yayıldı ki, hökumət anti-böhran tədbiri kimi rayonlara ayrılan dotasiyanı kəsmək istəyir.
Redaksiyamıza daxil olan məlumata görə, həmin vaxt yayılan məlumat heç də əsassız olmayıb. Ilham Əliyevin çıxışından sonra Prezident Administrasiyasından rayon icra hakimiyyətlərinə tapşırıq gəlib ki, dotasiyanın kəsilməsinə hazır olsunlar. Eyni zamanda icra başçılarından yerlərdəki vəziyyətlə bağlı dəqiq raport tələb olunub. Icra başçıları deyilən raportu hazırlayaraq Prezident Administrasiyasına göndəriblər. Raportla tanışlıqdan sonra bəlli olub ki, rayonlardakı iri ticarət obyektləri, müəssisələr, restoran və şadlıq sarayları, xidmət sahələri yüksək vəzifəli məmurlara məxsusdur. Icra başçıları raportlarında qeyd ediblər ki, məmurlara məxsus obyektlərdən vergi və digər rüsumları yığmaq mümkün deyil. Bu baxımdan da dotasiyasız vəziyyət çətin olacaq. Beləliklə də administrasiya da dotasiya məsələsində çətinə düşüb. Məlumatda bildirilir ki, Prezident Administrasiyası hələ ki, qəti qərara gələ bilməyib.