Bu gün Eynulla Fətullayevin rəhbərlik etdiyi haqqın.az və virtualaz.org saytlarının bağlanması barədə məlumat yayılıb. Bununla belə gün ərzində hər iki sayt yenilənməkdə davam edib.
Başqa bir məlumata görə, Eynulla Fətullayevin rəhbərlik etdiyi saytların yaradıcı kollektivinin əksəriyyəti bu gün işdən çıxarılıb. Bu tədbir “saytın maliyyələşdirilməsinin məhdudlaşdırılması və onun konsepsiyasının dəyişməsi” ilə bağlıdır. Sayt artıq analitik materiallar və öz araşdırmalarını dərc etməyəcək, xəbər saytı xarakteri daşıyacaq, AzərTAc-ın və digər hakimiyyətyönlü informasiya resurslarının materiallarını dərc edəcək.
Saytın fəaliyyətində belə kəskin dönüşün səbəbləri aydın deyil.
Eynulla Fətullayev “Azadlıq”ın əməkdaşına açıqlamasında layihənin bağlanmadığını, sadəcə olaraq yaranmış maliyyə problemi ilə əlaqədar işçilərin ixtisara salındığını deyib.