Müsəlman Birliyi Hərəkatının 68 nəfər üzvü hazırda həbsdədir. Bu barədə fevralın 5-də Baş Prokurorluqda keçirilən kollegiya iclasında məlumat səsləndirilib. Bildirilib ki, hərəkatın sədri Tale Bağırzadə və digərləri haqda Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılıb. Baş Prokurorluq T.Bağırzadə və digər tutulanları Bakıda və bölgələrdə “silahlanaraq cinayətkar fəaliyyətlə məşğul olmaqda” ittiham edir.
Həbs edilənlərin 57-i Bakı və ətraf kəndlərin, 11-i isə rayonların payına düşür.