Yanvarın 29-da ölkə başçısı İlham Əliyev bir qrup gənclə görüşü zamanı AXC hakimiyyəti dövrü ilə bağlı səsləndirdiyi fikirlər ciddi ictimai etiraza səbəb olub. İlham Əliyevin AXC hakimiyyətində vəzifə tutan ayrı-ayrı şəxslər, o cümlədən Əli Kərimli haqda həqiqətdən uzaq ifadələr işlətməsindən sonra AXCP Gənclər Komitəsi maraqlı təkliflə çıxış edib. Cəbhəçi gənclər İlham Əliyevə müxtəlif vaxtlarda bu cür həqiqətdən uzaq və uyğun olmayan ifadələr işlətməkdənsə, Əli Kərimli ilə debata çıxmağı təklif ediblər. Gənclərin İlham Əliyevə müraciətində deyilir:
“İlham Əliyev gəncləri başına yığıb nağıl danışana kimi, bir dəfə özündə cəsarət tapıb Əli Kərimli ilə debata gəlsin, hər kəsin əyani müqayisə imkanı olsun!”
AXCP sədri Əli Kərimli də gənclərin təklifini dəyərləndirib və belə bir çağırış edib:
“Gənclərin bu təşəbbüsünü tam olaraq dəstəkləyirəm. Qorxmasın, gəlsin debata!”