«World Politics Review» portalı ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard D.Kauzlarich ilə müsahibə dərc edib. Yazıda yanvarın ortasında ölkədə qiymət artımına qarşı keçirilən, 55 nəfərin saxlanmasıyla nəticələnən etiraz aksiyaları xatırlanır.
Səfir qlobal enerji qiymətlərinin düşüşünün Azərbaycan iqtisadiyyatına təsirini izah edir və vurğulayır ki, indiki durum iqtisadiyyatın 20 ildən çox enerji gəlirlərindən asılılığının göstəricidir. Prezident İlham Əliyev əksini iddia etsə də, belədir.
«Azərbaycanın son 20 ildə enerji sektorundan nə qədər gəlir əldə etdiyi və bunun necə xərcləndiyi açıqlanmır. Bu müddət ərzində, ola bilsin, 100 milyard dollar qazanılıb. Bu vəsaitin böyük hissəsi müdafiə xərclərinə gedib; daha sonra meqa-tikinti layihələrinə, yol infrastrukturuna sərf olunub. Qalanı isə korrupsiyaya uğramış biznes vasitəsilə hakim elitanın əlinə keçib. Bu qanunsuz pul axını on milyardlar dollarla ölçülür. Bu gəlirin kiçicik bir hissəsi isə Bakıda saxta bir çiçəklənmə görüntüsü yaradıb. Bakı aeroportundan şəhərə aparan yolun arxasında, bölgələrdə bu gəlhagəlin çox cüzi izləri hiss olunur», – səfir qeyd edir.
Cənab Kauzlarich hökumət mənbələrinə rəğmən, iqtisadiyyatda ciddi şaxələndirmənin həyata keçirilmədiyini vurğulayır: «Bank sektorundakı ciddi böhran qeyri-neft sektorunun necə kövrək olduğunu, enerji pullarından asılılığı üzə çıxardı. Qısası, Azərbaycan bir on il boyu enerji gəlirlərini havaya sovurdu. İqtisadiyyatı şaxələndirmək əvəzinə, pulları müdafiəyə, prestijli layihələrə və kütləvi korrupsiyaya səpələdi».
(azadliq.org)