“Günay Bank” Dekabr ayındakı 50%-ə yaxın devalvasiya şoku ilə böyük zərər edib.
“Günay Bank” ASC 2015-ci ili 3 milyon 585 min 858 manat zərər ilə başa vurub.
BANKDA MƏZƏNNƏ RİSKİ REALLAŞIB
“Marja” Banka istinadən xəbər verir ki, ötən il Bankın faiz gəlirləri 4 milyon 838 min 615 manat təşkil edib. “Günay Bank” qeyri-faiz əməliyyatları üzrə 6 milyon 738 min 564 manat zərər edib. Səbəb məzənnə dəyişməsi nəticəsində yaranan 6 milyon 825 min 478 manatlıq zərərdir. Bu zərərin 5 milyon 715 min 813 manatı 2015-ci ilin 4-cü rübündə yaranıb və bu da zərərin 21 Dekabrdakı devalvasiya ilə bağlı olaraq yarandığına işarə edir. “Günay Bank” Fevral ayındakı birinci devalvasiya nəticəsində 1 milyon 129 min 806 manat zərərə düşmüşdü.
“Günay Bank”ın məzənnə dəyişməsi nəticəsində itkiləri faiz gəlirlərindən belə yüksəkdir.
Bank 4-cü rübü 5 milyon 193 min 64 manat, 2015-ci ili isə 3 milyon 935 min 272 manat əməliyyat zərəri ilə başa vurub. 349,414 min manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına nəzərdə tutlduğundan Bankın zərəri 3 milyon 585 min 858 manat təşkil edib.
PULU DOLLARDA ALIB, MANATDA SATIB
31 Dekabr 2015-ci il tarixinə “GünayBank”ın cəmi aktivləri 95 milyon 904 min manat təşkil edib. Aktivlərin cəmi 683,4 min manatı xarici valyutada olub. O cümlədən, 94 milyon 436 min manatlıq xalis kreditlərin cəmi 406,8 min manatı xarici valyutada verilib. Buna qarşı, Bankın 34 milyon 711 min manatlıq öhdəliyinin 56%-i və ya 19 milyon 535 min manatı xarici valyutada olub. Öhdəliklərin yarısından çoxunun xarici valyutada olması, Bankda depozitlərin xarici valyutada yerləşdirməsi ilə bağlıdır. Belə ki, Bankdakı 20 milyon 263 min manat depozitin 18 milyon 872 min manatı xarici valyutada olub. Qısası, bank borcları xarici valyutada alıb, dövriyyəyə isə manatda buraxıb. Bank depozit sahiblərinə pullarını qaytararkən xarici valyutanı almaq üçün daha çox manat tapmalıdır.
KAPİTALI “ƏRİYİR”
“Günay Bank” ASC 64 milyon 910 min manat nizamnamə kapitalına malik olsa da, yaranmış zərər səbəbindən Bankın cəmi kapitalı 61 milyon 192 min manata düşüb.
KREDİTLƏR ÜZRƏ YAXŞI EHTİYAT YARADIB
“Günay Bank”ın məqsədli ehtiyatlar daxil 104 milyon 445 min manatlıq kredit portfelinin 2 milyon 218 min manatını və ya 2,12%-ni problemli kreditlər təşkil edib. Bank 13 milyon 868 min manat adi və məqsədli ehtiyata malik olub.
“Günay Bank” fiziki şəıxslərə malikdir. Bankın rəhbəri İqtisad elmləri namizədi Mahmud Məmmədovdur.