İş adamı Ramil Hüseynovun prezindent Ilham Əliyevə, Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinə etdiyi müraciət araşdırılır. Bu barədə iş adamının özü məlumat verib. Ramil Hüseynov “Azadlıq”a bildirib ki, onun müraciəti nəzarətə götürülüb: “Müraciətimə diqqət ayırdıqları üçün təşəkkür edirəm. Inanıram ki, müraciətdə qeyd etdiyim faktlar dərindən araşdırılacaq və müvafiq qərar qəbul olunacaq. Əslində burada hər şey göz qabağındadır. Mən sahibkarlıq fəaliyyətimi inkişaf etdirnək üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kredit götürmək istəyirəm. Biznes plan hazırlamışdım. 120 min manat kredit verilməsini xahiş etmişdim. Lakin məni aldadaraq biznes planımı dəyişdilər, 50 min kredit verdilər. Dedilər ki, yeni biznes plandakı öhdəlikləri yerinə yetirsəm əlavə 70 min manat da veriləcək. Mən öhdəlikləri yerinə yetirmişəm. Dəfələrlə Məmməd Musayevə, Şirzad Abdullayevə müraciət etmişəm ki, öhdəlikləri yerinə yetirib-yetirmədiyimi öyrənmək üçün mpnitorinq aparsınlar. Bu onların birbaşa vəzifə borcudur. Lakin müraciətlərim nəticəsiz qalıb və mənim biznesimə ciddi zərbə dəyib. Hətta iş o yerə çatıb ki, intihar etmək istəmişəm”.