Dekabrın 1-də gecə saatlarında “Azadxeber.org” saytının redaktor əvəzi İlkin Məhəmmədli yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən naməlum şəxslər tərəfindən aparılıb. Yaxınlarının verdiyi məlumata görə, jurnalist bazarlıq edib evə gəlirmiş: “Mağazaya düşdü, gözlədik, gəlmədi. Aldığı ərzaqlar həyətin ortasında idi. Öyrəndik ki, həyətdə zorla maşına mindirilərək aparılıb. Kimin hara apardığını bilmirik. Güman edirik ki, polislər aparıb”.
Məlumata görə, hazırda İlkin Məhəmmədlinin atası ərazidəki polis bölməsinə müraciət etməyə gedib.
Azadxeber.org saytı əsasən dini mövzular işıqlandırır. Saytın baş redaktoru Nicat Əliyev hazırda həbsdədir. Beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır. (Meydan TV)