Nardaran qəsəbəsinin mərkəzində, o cümlədən “İmam Hüseyn” və “İmam Rza” meydanlarında dini simvollar və dini bayraqların sökülməsinə başlanılıb.
“Report”un qəsəbədə olan əməkdaşı xəbər verir ki, söküntü işlərini Bakı Şəhər İcra Hakimiyyəti və Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri həyata keçirir.
Bununla yanaşı, qəsəbənin küçə və meydanları dini simvollardan təmizlənib. Mərkəzi küçələrdəki şüarlar, digər elementlər yığışdırılıb, barrikadalar təmizlənib.