Dekabrın 2-də Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşelinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.
Müdafiə Nazirliyi bildirir ki, səfər çərçivəsində qonağın nazirlikdə görüşləri planlaşdırılır.
Gürcüstanın müdafiə nazirinin səfəri dekabrın 3-dək davam edəcək.