Daxili İşlər Nazirliyi Gəncə şəhərində polis əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirməsinə ilə bağlı məlumat yayıb. Məlumatda “Müsəlman Birliyi” hərəkatının üzvlərinə dəstək verən şəxslərin saxlanıldığı və onlardan silah-sursat aşkar edilərək götürüldüyü deyilir. Əməliyyat nəticəsində 6 nəfər saxlanılıb.