Suriya prezidenti Bəşər Əsəd bildirib ki, hakimiyyətlə siyasi müxalifətin razılığa gəlməsi mümkündür. Bunu o Çexiya televiziyasına müsahibəsində deyib. Əsəd razılaşmanın məhz Praqada imzalanmasının mümkünlüyündən danışıb. İki ay əvvəl belə bir məlumatı jurnalistlərə Çexiya prezidenti Miloş Zeman da deyib.
“Praqada razılaşmanın əldə edilməsi tam realdır. Suriya müxalifəti və hakimiyyəti də buna kökllənib”, – deyə Əsəd bildirib.
azadlıq.info