Türkiyənən Beynəlxalq Transportyorlar (Daşıyıcılar) Cəmiyyətinin sədri, bəzi yük avtomobilinin tranzit keçidi üçün Xəzər istiqamətinə yönəldiyini, daşımanın maya dəyərini aşağı salmaq üçün Azərbaycan və Türkmənistan ilə danışıqlar apardıqlarını bildirib.
Türkiyənən Beynəlxalq Transportyorlar (Daşıyıcılar) Cəmiyyətinin (UND) İdarə Heyətinin sədri Fatih Şener, Rusiya-Türkiyə arasındakı gərginlik səbəbindən Rusiyanın Türk TIR-ları ilə yanaşı, Türkiyənin ixrac məhsullarını daşıyan digər ölkələrin (Rumıniya, Bolqarıstan, Qazaxıstan və Moldova) TIR-larına da tranzit keçidi üçün icazə vermədiyini bildirib.
O, hazırda Rusiyanı tranzit keçmək istəyən 250 TIR-ın saxlanıldığını deyib. Həmçinin təxminən 1000 yük avtomobili də Rusiyaya doğru yola çıxıb.
Gözləməyin maliyyətinin bir TIR-a 50,000-60,000 dollar olduğunu ifadə edən Şener, sözügedən malların əsasən tekstil, hazır geyim, maşın, avadanlıq və ərzaq məhsullarından ibarət olduğunu; Samsun və Novorossiysk limanında gözləyən 400-dən çox konteynerdə ərzaq məhsulunun isə tələf olma riski ilə qarşı-qarşıya olduğunu deyib.
Alternativ yol kimi Xəzər marşrutunu istifadə etmək üçün bəzi yük avtomobillərinin Azərbaycana yönəldiyini qeyd edən Şener, ancaq bu marşrutun xərcləri 1500-2000 dollar artırdığını və xərcləri aşağı salmaq üçün Azərbaycan və Türkmənistan ilə danışıqların davam etdiyini söyləyib.
Türkiyənin keçən həftə Çərşənbə axşamı günü Suriya sərhədində Rusiyanın hərbi təyyarəsini vurmasından sonra Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiya tətbiq edilməsi barədə qərarı imzalayıb. Qərar, Türkiyəyə xüsusi təyyarə reyslərinin dayandırılmasını, tur firmalarının Türkiyəyə tur paketi satmamalarını, Türk şirkətləri və vətəndaşlarının iqtisadi fəaliyyətlərinin dayandırılması və ya azaldılmasını nəzərdə tutur.
Türkiyə 2014-ci ildə Rusiyaya 6 milyard dollarlıq ixrac həyata keçirib.
Rusiya, təyyarəsinin vurulmasından sonra Türk mallarının ölkəyə girişinə müxtəlif bəhanələrlə mane olur.
ALTERNATİV YOL XƏZƏR MARŞRUTUDUR, AMMA XƏRCİ YÜKSƏKDİR
Dünya Ticarət Təşkilatının qərarlarına görə, bir ölkənin tranzit keçidləri mane olmayacağı öhdəliyi olduğunu vurğulayan Şener, buna qarşı hazırda Rusiyanı tranzit keçmək üçün gözləyən 250 civarında vasitə olduğunu deyib. Bunlardan Gürcüstandakı təxminən 100 TIR-ın Azərbaycan üzərindən tranzit keçidə yönəldiyini qeyd edən Şener, “Keçid icazələri olmamasına baxmayaraq, Azərbaycan bunların tranzit keçidinə icazə verib. Bu TIR-lar Orta Asiyaya Azərbaycan ərazisindən keçəcək. Ancaq bu marşrutun xərcləri çox yüksəldir” deyib və əlavə edib:“Rusiya tranzit keçid üçün pul almır; Xəzər marşrutunda TIR-lardan Azərbaycan 465 dollar, Türkmənistan 450 dollar alır. Bundan başqa, gəmi və liman qiymətləri də çox yüksəkdir. Xəzər marşrutu səfər başına xərci 1500-2000 dollar artırır”.
“SƏRFƏLİ OLARSA AZƏRBAYCAN ƏRAZİSİNDƏN İSTİFADƏ EDƏRİK”
İki ölkə ilə (Azərbaycan və Türkmənistan) endirim üçün danışıqların davam etdiyini qeyd edən Şener, Türkmənistandan gəmi qiymətləri məsələsində Dekabr ayında endirim gözlədiklərini; Marşrutun iqtisadi baxımdan sərfəli hala gəlməsi vəziyyətində Rusiya xətti ilə müqayisədə daha sürətli nəql təmin edən bu marşrutdan istifadə edilə biləcəyini deyib.
Şenerin verdiyi məlumata görə, Türk TIR-ları Orta Asiyaya, Xəzər üzərindən illik təxminən 5000, Rusiya üzərindən təxminən 6000, İran üzərindən isə 45000 giriş edir
(marja)