Əbülfəz Qarayev rusiyalı turistləri Azərbaycana necə cəlb etmək istəyir?
Türkiyə-Rusiya münasibətlərində yaranmış gərginlik və bu prosesin nə ilə nəticələnəcəyi ən aktual məsələyə çevrilib. Həmişəki kimi Azərbaycan hakimiyyəti prinsipal məqamlarda qardaş ölkəyə dəstək verə bilmədi. Əksinə, Rusiyanın xoşuna gəlmək üçün Türkiyədən üzr tələb etdilər.
Amma hökumətimiz bu gərginlikdən mənfəət götürmək qərarına gəlib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, Rusiya və Türkiyə məsələlərinin bu həddə çatması həmin ölkələrin qarşılıqlı turist axınının azalmasına gətirib çıxardacaq və bu məqamdan Azərbaycan yaralana bilər: “Belə gərginliyin yaranması Türkiyəyə Rusiyadan turist axınını azaldacaq. Biz dəÿvəziyyəti nəzərə alıb buÿistiqamətdə müəyyən işlər görürük. Artıq Azərbaycan Turizm Assosiasiyası vəÿ”AZAL”la birlikdə bu məsələləri müzakirə etmişik. Otellərlə də bu məsələni razılaşdırmışıq ki, onlar yeni tövsiyələrini bizə göndərsinlər. Bu gün nazirlikdə Azərbaycan Turizm Assosiasiyası və turizm sənayesinin nümayəndələri ilə bununla bağlı görüş olacaq. Bu məsələləri bir daha nəzərdən keçirəcəyik”- deyə Əbülfəz Qarayev bildirib.
Məsələ burasındadır ki, biz hökumətimizin kəramətinə bələdik və bu fürsətcilliyi də dəyərləndirə bilməyəcəklərinə əminik. Siyasi mənada cəsarətsiz olduqları kimi, iqtisadi baxımdan da səriştəsizdilər.
Birincisi, rusiyalı turistləri Azərbaycana cəlb etmək üçün ölkədə ciddi turizm xidməti olmalıdır. Uzun illər boyu bu problemləri həll etməyib, 5-3 günə müsbət nümunə yaratmaq mümkün deyil.
Ikincisi, Azərbaycannda xidmətlər keyfiyyətsiz olduğu qədər də bahalıdır. Hər hansı bir turist az pul xərcləməklə və daha keyfiyyətli xidmətə görə Gürcüstanı daha üstün tutur. Həm aviabiletlər ucuzdur, həm daha zəmanətli əyləncə var, həm də xidmət səviyyəsi yüksəkdir.
Üçüncüsü, isə Azərbaycan əhalisi Azərbaycan turizmindən imtina edibsə, əcnəbiləri Azərbaycana cəlb etmək real görünmür. Hər il 100 minlərlə ölkə vətəndaşı müalicə və istirahət üçün Gürcüstana üz tutur. Yəni, ölkəmizə gələn turistlərin etibar edəcəyi səhiyyə də yoxdur.
Ona görə də hökumət ilk növbədə ölkə vətəndaşlarının yerli turizmə etimadını bərpə etməlidir. Ev əhli evdən qaçırsa, qonşu bu evə necə risq edib gələ bilər?
Bir sözlə, hökumət uzun illər ərzində Azərbaycanın turizm potensialından istifadə etmədi. Bu işlə məşğul olan adamlara ağır vergilər tətbiq edildi, qeyri-rəsmi ödənişlər tələb olundu. Məmurlar monopoliyasında olan istirahət mərkəzləri isə yalnız imkanlı şəxslər üçün əlçatan oldu.
Yəni, hökumətimiz Türkiyə- Rusiya münasibətlərinin gərginləşməsini yox, neft pullarının ölkəyə axmasını fürsət bilməliydi.
Samir