Ötən gün MTN əməkdaşları tərəfindən saxlanılan İslam partiyasının sabiq sədr əvəzi Hacı Elçin Manafov sərbəst buraxılıb. Elçin Manafov qəzetimizə açıqlamasında bildirdi ki, saxlanılmasına səbəb Nardaranda baş verənlər olub və bir neçə saatlıq dindirmədən sonra sərbəst buraxılıb
***
30.11.2015
Azərbaycan İslam partiyasının sabiq sədr əvəzi hacı Elçin Manafov saxlanılıb. O bugün səhər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən evindən aparılıb.
Elçin Manafovun yaxınlarının islamazeri.org-a verdiyi məlumata görə, ondan hələ də bir xəbər yoxdur.
MTN yaxud da Daxili İşlər Nazirliyi tərəfindən tanınmış din xadiminin saxlanılması ilə bağlı hələ heç bir bəyanat verilməyib.