Ukrayna Daxili İşlər Nazirliyi Rusiyaya aid istənilən sosial mediadan istifadə etməməyi tövsiyə edib.
Nazirliyin bu tövsiyəsi Twitter və Facebook kimi digər sosial şəbəkələrə aid edilmir.
Bir çox polis işçisi öz profillərində Vkontakte və Odnoklassniki loqolarında “Buvayte” (Əlvida) yazılmış bannerləri paylaşıblar.
Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat katibi Artyom Şevçenko BBC-ə bildirib ki, polislərə güclü şəkildə məsləhət görülür ki, “işğalçının ərazisindən idarə olunan” sosial şəbəkələrdən istifadə etməsinlər.