Brüsseldə AB-Türkiyə zirvəsinə qatılan Türkiyənin baş nazir Əhməd Davudoğlu, Rusiya ilə aralarında yaşanan gərginliyə görə rəsmi Kremli günahlandırıb. Rusiyanın üzr tələblərini rədd etdiklərini bildirən Davudoğlu, üzərlərinə düşəni etdiklərini bildirib: “Türkiyə hava məkanını və sərhədlərini qorumaq, bizim yalnız haqqımız deyil, həm də vəzifəmizdir. Heç bir türk nazir və ya prezident, vəzifəsini yerinə gətirdiyi üçün üzr istəməz”,- deyı baş nazir bildirib.
Mövzunu NATO-nun baş katibi Jens Stoltenberglə görüşdə müzakirə etdiklərini bildirən Davudoğlu, bu hadisədən sonra Ankaranı dəstəkləyən NATO və baş katibə minnətdar olduqlarını vurğulayıb:
“Addımlarımız müdafiə məqsədli idi. Olmamasını arzu edərdik, amma qayda pozuntusu çox açıq idi və əvvəldən də elan edilmişdi. Qonşumuz və dostumuz olan Rusiyaya hava məkanımıza hörmətlə yanaşmaq mövzusunda Ankara, Antalya və Moskvada olmaqla üç dəfə xəbərdarlıq etmişdik. Suriya sərhədinin Türkiyə üçün milli təhlükəsizlik məsələsi olduğunun da Rusiyaya bildirmişik. Bu mövzuda Ankaranı dəstəkləyən NATO və baş katibə minnətdarıq.
Aydın Taş