Bu gün Parisdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı öz işinə başlayır. Konfransa qatılmaq üçün Fransaya gedən Türkiyə prezidenti Ərdoğan, burada bir sıra hökumət və dövlət başçıları ilə görüşəcək.
Türkiyə prezidenti konfransın ilk günündə Fransa prezidenti Olland, Ukrayna prezidenti Poroşenko, Çernoqoriya prezidenti Filip Vujanoviç, Braziliya prezidenti Dilma Rousseff, Namibiya prezidenti Hage Geingob ilə görüşəcək.
Prezident Ərdoğan ikitərəfli təmaslar çərçivəsində, Almaniya kansleri Angela Merkel, İtaliya baş naziri Matteo Renzi, Livan baş naziri Tamam Salam və Vyetnam Baş naziri Nguyen Tan Dungı da qəbul edəcək.
Sabah isə Ərdəoğan ABŞ prezidenti Barak Obama ilə bir araya gələcək. Ərdoğan, sabah günorta saatlarında Fransadan Qətərə rəsm səfərə yola düşəcək.
Aydın Taş