Dünyada avtoritarlara qarşı həmrəylik müşahidə olunur. Dünyanın yeni standartlarında avtoritarlara yer yoxdur. Çünki, dünyanın gələcəyi, demokratiyanın çiçəklənməsi, təhlükəsizliyin təmin olunması üçün avtoritarlar xaric edilməlidir. Təbii ki, demokratiyanın sərhədlərinin genişlənməsi, avtoritarları narahat edir və səhnədə qalmaq üçün imkanlar axtarırlar. Indiki mərhələdə isə avtoritarlara yalnız avtoritarlar dəstək verə bilər.
Ölkə başçı Ilham Əliyevin Belarus prezidenti Lukaşenko ilə görüşü də bu narahatlığı aydın şəkildə göstərdi. Lukaşenko Ilham Əliyevə mesaj verir ki, bir-birimizi ciddi dəstəkləmək, iqtisadi əməkdaşlığı gücləndirmək zamanıdır. Hətta Ilham Əliyevi Avrasiya Ittifqına dəvət etməyi də unutmur. Ilham Əliyev də öz növbəsində Belarusdakı siyasi-iqtisadi sabitlikdən danışır. Sanki, Belarusu Azərbaycana nümunə göstərir. Əlbəttə ki, avtoritar ölkələrin rəhbərləri üçün nümunə Rusiya, Belarus, Şimali Koreya kimi ölkələr ola bilər.
Məsələ burasındadır ki, bütün avtoritarlar başa düşür ki, manevr imkanları tükənib. Əgər avtoritarların “xaç atası” olan Rusiya Qərbin sanksiyaları ilə üz-üzə qalıbsa, iqtisadi gücü hər gün zəifləyirsə, kiçik avtoritarların vəziyyəti daha çətindir. .
Əslində Belarusun Azərbaycanla müqayisədə vəziyyət daha şəffafdır. Siyasi məhbuslar azad edilib, korrupsiya tüğyan eləmir, oliqarxiya meydan sulamır və.s Yəni, daha ağır zərbələr Azərbaycan hökumətinin üzərinə gəlir. Hökumət isə real islahatlar aparmaq, Qərblə münasibətləri düzəltmək əvəzinə, daxildə təxribatlar yaratmaqla, imitasiya etməklə məşğuldu.
Istənilən halda yeni dünya düzənində anti-demokratik rejimlərlə münasibətlər kəskinləşir. Təbii ki, dövlət və millət maraqlarını üstün tutan hakimiyyətlər üçün növbəti siqnal verilib. Şəxsi maraqların əsirinə çevrilənlər isə sona qədər çirkli oyunlara sadiq qalacaqlar.
Lukaşenkonun, Putinin məsləhətiylə hərəkət etmək, ölkəni demokratik dünyadan təcrid etməkdir.
Samir