Rusiyaya məxsus hərbi təyyarə 1,6 km İsrailin hava məkanına daxil olub. Bu barədə İsrailin müdafiə nazirliyi məlumat yayıb. İsrailin müdafiə naziri Moşe Yaalon vəziyyəti tənzimləmək üçün iki ölkənin hərbçilərinin fəaliyyətə keçdiklərini deyib. Nazirin sözlərinə görə, Rusiyanın Suriyadakı aviaqrupuna məxsus təyyarə Qolan təpələrindəki hava məkanına daxil olub, sonra isə salamat şəkildə geri qayıdıb.
azadlıq.info