Rusiya hərbi qüvvələri yenidən Suriyada dinc insanları hədəf alıb. Suriyanın Eriha mahalının mülki müdafiə səlahiyyətlilərinin verdiyi məlumata görə, İdlib şəhərinin müxaliflərin nəzarətində olan hissəsi Rusiya döyüş təyyarələrinin bombardımanına məruz qalıb. Rusiya təyyarələri bu dəfə də dinc sakinlərin məskunlaşdığı ərazini və insanların alış-veriş etdiyi bazarı atəşə tutub. Hücum nəticəsində, aralarında qadın və uşaqların da olduğu 40 nəfər öldürülüb, 70 nəfər isə yaralanıb.
Aydın Taş