Putinin Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsi haqqında imzaladığı fərmanın icrasına başlanılıb.
İlk qadağaya Rusiya Federal Turizm Agentliyi (Rosturizm) başlayıb. Agentliyin rəhbəri Oleq Safonov Türkiyəyə tur satışlarının dayandırıldığını, hətta qadağan olunduğunu bildirib: “İndidən fərmanın icrasına başladığımızı deyə bilərəm. Artıq tur şirkətləri Türkiyəyə tur gercəkləşdirmir. Bu ölkəyə uçuşlar da tamamilə dayandırılıb”.
azadliq.info