Hadisənin səbəbləri araşdırılır.
Zaqatala sakini tüfənglə yoldaşını yaraladıqdan sonra özünə bıçaqla xəsarət yetirib.
Noyabrın 28-i gecə saat 23:30 radələrində rayonun Bəhmənli kənd sakini 1990-cı il təvəllüdlü Zümrüd Nazim qızı İbrahimova qarın boşluğundan güllə xəsarətləri ilə, onun əri 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olublar. Bıcaqla özünə xəsarət yetirən Nəsimi İbrahimov səhər 06.30 saat radələrində xəstəxanada keçinib.
İlkin ehtimala görə Nəsimi İbrahimov yoldaşına hələlik bilinməyən səbəbdən tüfənglə xəsarət yetirib daha sonra özünə bıçaqla xəsarət yetirib.
Hadisə ilə bağlı digər versiyaların üzərində əməliyyat tədbirləri aparılır. (ans)