Noyabrın 25-dən bəri Azərbaycandan islamazeri.az saytına giriş mümkünsüz hala gəlib. Bununla bağlı sayt idarəçilərinin yaydığı məlumata görə, ölkə provayderləri saytı bloklayıb.
Sayt idarəçiləri bunu söz azadlığı və insan haqlarının kobud surətdə pozulması kimi qiymətləndirir, müvafiq orqanları bu qanunsuzluğun aradan qaldırılması üçün tədbir görməyə çağırır.
İstifadəçilərə isə tövsiyə olunur ki, sayta daxil ola bilmək üçün hələlik Tor brauzer və ya zenmate kimi proqramlardan (google play marketdədir), həmçinin Brovsec-dən (google chrom-a yüklənir) istifadə etsinlər.