İspaniyanın 1-ci liqasında çıxış edən “Atletik Bilbao” futbol komandasının oyunçusu Raul Qarsia ağır qəzaya düşüb. Futbolçu məşqdən sonra avtomobilində evə qayıdarkən qəza keçirib. Qəza nəticəsində avtomobil möhkəm əzilib. Amma futbolçunun özü yüngül xəsarətlə ötüşüb.