Azərbaycan vətəndaşı, İrkutskda yaşayan qadın azyaşlı uşaqlarını pəncərədən tullayaraq özünü də 8-ci mərtəbədən atıb.
İnsident Novo-Lenino rayonunun Roza Lüksemburq küçəsində baş verib. 32 yaşlı qadın ölüb. Onun 2 və 4 yaşlı oğlanları isə ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Məlumatda qeyd edilir ki, qadın özünü və uşaqlarını atdığı mənzildə yaşayıb. Polis qonşulardan bu faciənin hansı səbəbdən baş verdiyini aydınlaşdırmağa çalışır. Bu ailə ilə bağlı əvvəllər hüquq-mühafizə orqanlarına heç bir şikayət daxil olmadığı bildirilir. Ailənin İrkutskda çoxdan yaşamadığı da məlum olub.
Azərbaycanlı qadının özünü və övladlarını atarkən həyat yoldaşı evdə olmayıb.
(modern.az)