Nardaranda baş verən silahlı insident zamanı xəsarət alanların yerləşdirildiyi Sabunçudayerləşən 3 saylı şəhər klinik xəstəxananın girişində sıxlıq yaranıb. Buna səbəb isə xəstəxanaya daxil olmaq istəyən vətəndaşların ciddi şəkildə yoxlanmasıdır.
Məlumata görə, xəstəxananın giriş qapısında 6-7 silahlı polis əməkdaşları xidmət aparır ki, onlar xəstəxanaya girib-çıxanları ciddi şəkildə yoxlayırlar. İnsanların problemləri daha çox xəstəxanannın girişində yaşanır.
Çünki tibb müəsisəsinə girmək istəyənlərin bütün əşyaları yoxlanır və bu da, xeyli zaman aldığı üçün xəstəxananın girişində basabas yaranır. Təbii ki, bu da, zaman-zaman hüquq-mühafizə orqanları əməkdaşları ilə mülki şəxslər arasında narazılığın yaranmasına səbəb olur.
Tibb müəsisəsinin giriş hissəsi ilə yanaşı ərtaf ərazilərdə də çoxlu polis əməkdaşları var. Bununla bərabər xəstəxananın ətrafında avtomobillərin saxlanılmasına da icazə verilmir.
Ona görə hazırda xəstəxanada Nardaranda baş verən insident zamanı xəsarət alanlardan neçəsinin müalicə edildiyini öyrənmək mümkün olmadı.
Diqqət çəkən digər məqam isə yeni gələn xəstələrin qəbul edilməməsidir. Hazırda xəstəxanaya yeni xəstələrin qəbuluna icazə verilmir.
Ərazidə xidmət aparan polis əməkdaşları
(ans)