Suriyada gedən döyüşlər zamanı Rusiya BAŞ Kəşfiyyat İdarəsinin iki əsgəri həlak olub. Bu barədə Almaniyanın “Der Spiegel” jurnalı məlumat yayıb. Məlumatda, üsyançıların Rusiyanın Suriyadakı aviabazasını atəşə tuduğu bildirilir. Nəticədə, Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin 22-ci briqadasının ən azı iki əsgəri həlak olub. Onlar Rostov Donda yerləşən hərbi hissədən Suriyaya göndərilib. Həlak olmuş əsgərlər Rostov Don şəhərində dəfn olunublar. Bu barədə Rusiya mətbuatı heç bir məlumat verməyib.
azadliq.info