Nigeriyada törədilən terror aktı nəticəsində azı 20 nəfər ölüb, 50 nəfər yaralanıb. Hadisə ölkənin şimalında yerləşən Kano şəhəri yaxınlığında baş verib.
Terrorçu mərasim zamanı özünü partladıb. Hücumun “Boko Haram” terror qruplaşması tərəfindən təşkil olunduğu bildirilir.