Qazaxıstanın Avrasiya İttifaqından çıxması üçün bir addım qalıb. Bunu “Regnum”a açıqlamasında belaruslu iqtisadçı Yaroslav Romançuk deyib. onun sözlərinə görə, 2016-cı ilin yanvarın 1-ə qədər qəbul olunmalı olan Gömrük məcəlləsi müzakirə edilərkən Qazaxıstan Avrasiya İttifağı ərazisində yerli qaydalara riayət etməyi təklif edib. Astanın belə davranışı Avrasiya İttifaqının bir çox qüsurlarının olmasından xəbər verir. Romançukun sözlərinə görə, Avrasiya İttifaqı məhdudiyyətlərdən ibarətdir. Ekspert belə vəziyyətdən narazı qalan Qazaxıstanın qurumun tərk etməsi üçün bircə addımın qaldığını qeyd edib.
azadlıq.info