“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının həbsdə olan müdiri Adil Hüseynovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 4 ay artırılıb.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 2 mart, 2016-cı il tarixinə qədər uzadılıb.
A.Hüseynov 318 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. O, Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun oğludur.