Dünən Rusiyada rəsmi səfərdə olan Fransa prezidenti Fransua Olland, Suriyada böhranın keçilməsi üçün siyasi həllin qaçılmaz olduğunu bildirib. Olland Əsədin Suriyanın gələcəyində yeri olmadığını da vurğulayıb:
“Əsəd, Suriyanın gələcəyində rol oynaya bilməz”,- deyə Olland bildirib.
Suriyada terrorla mübarizə mövzusunda Rusiya ilə də əməkdaşlıq etməyə çalışacaqlarını bildirən Olland, bu əməkdaşlığın Fransanın Ukrayna böhranının siyasi yolla həll olunmasında oynadığı rola mane olmayacağını bildirib. Terrorizmin gəlir mənbələrini məhv etmək lazım olduğuna diqqəti çəkən Olland, İŞİD-in neftdən əldə etdiyi gəlirlərə mane olmağın lazım olduğunu vurğulayıb:
İŞİD üçün neft əsas gəlir mənbəyidir. Kim İŞİD-dən neft alırsa, o, terroristlərə nəzarət edilə bilməyəcək qədər pul verir. Biz terroristlərin gəlir mənbəyi olan neft daşıyan konvoyları vurmalıyıq”.
azadliq.info