Mətbuatda bu işlə bağlı açıqlanan cinayətlərlə, prokurorluğun rəqəmləri arasında xeyli fərq var
Müzəffər Baxışov: «MTN işi ilə bağlı digərləri hələlik zərərçəkmiş şəxs kimi tanınmaya bilərlər ki, bunun da bir neçə səbəbi ola bilər»
Milli Təhlükəsizlik Nazirliyində (MTN) rəhbər vəzifələrdəÿtəmsil olunmuş general və polkovniklərin həbsindən təxminən bir ay keçəndən sonra nəhayət, Baş Prokurorluq bu həbslər barədə rəsmi məlumat yaydı. Prokurorluğun bəyanatında Akif Çovdarov da daxil olmaqla, generallara qarşı ittihamların nədən ibarət olması, həbs olunanların sayı barədə ətraflı məlumat verilib.
Rəsmi açıqlamadan beləÿ məlum olur ki, MTN-in vəzifəli şəxsləri 57 sahibkarın başına oyun açıb. Onlar sahibkarların telefon danışıqlarını dinləyərək, iş adamlarından pul almaq üçün onları MTN-əÿçağırıb, günlərləÿbu qurumda saxlayıb, hətta bir qisminin barəsindəÿcinayət işi qaldırıb həbs elətdirib, tələb etdikləri pulu alandan sonra cinayət işinə ÿxitam verib sərbəst buraxıblar.
Amma məsələ burasındadır ki, ötən müddət ərzində mətbuatda MTN-dən yüzlərlə şikayət dərc olunub. Lakin rəsmi elan olunan zərərçəkənlərin sayı 57 göstərilir. Bəs, bu cür ehtiyatlı mövqe nəylə bağlıdır?
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, MTN-də baş verən qanun pozuntuları ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair istintaq idarəsində cinayət işi başladılıb və istintaq aparılır. Məlumatda 57 zərərçəkmiş şəxsin tanınmdığı qeyd olunur. M.Baxışovun sözlərinə görə, burada təəccüblü odur ki, Azərbaycan ictimaiyyəti bununla razılaşmır və bəyan edir ki, bu cinayət işində yüzlərlə zərərçəkən olmalıdır: “Bu gün rəsmi qayda da 57 nəfərin zərərçəkmiş kimi tanınmasının bir neçə səbəbi var. Görünür, indiyə kimi həmin idarəyə müraciət edən şəxslərdən yalnız 57-i zərərçəkmiş şəxs kimi tanınıb. Digərləri hələlik zərərçəkmiş şəxs kimi tanınmaya da bilərlər. Tanınmamağın da bir neçə səbəbi ola bilər. Ola bilər ki, həmin müraciəti edən şəxslər MTN-in hər hansı əməkdaşı barədə prokurorluğa şikayət edib. Amma həmin MTN əməkdaşı hələ ki, istintaqa cəlb edilməyib”.
M.Baxışovun fikrincə, daha bir səbəb ondan ibarətdir ki, Azərbaycan kimi qeyri-hüquqa söykənən dövlətlərdə istintaqa bir qayda olaraq qeyri-qanuni göstərişlər verilir. Əgər belə bir göstəriş varsa, onlar zərərçəkmiş kimi tanınmayacaq: “Bəlkə də bir qism zərərçəkən müraciət etməkdən çəkinirlər. 37-ci il repressiyaları kimi hələ də dərk edə bilmirlər ki, MTN-in əməkdaşları barəsində dövlət hər hansı tədbir görür. Digər tərəfdən bəlkə də müraciət etməyən zərərçəkmişlərin özlərinin də qanunsuz hərəkətləri mövcuddur və onlar belə düşünürlər ki, onlar da müraciət etsələr qanunsuz hərəkətləri ortaya çıxa bilər”.
Xəyal