Nardarandakı silahlı toqquşmada həlak olan iki polis əməkdaşından birinin kimliyi məlum olub.
Femida.az-ın əldə etdiyi məlumata görə, həlak olanlardan biri polis zabiti, 1975-ci il təvəllüdlü, mayor Vüqar Nəsibovdur. O, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı olub.
Vüqar Nəsibov evli olub, iki övladı var.
Mərhum polis əməkdaşı noyabrın 27-də II Fəxri Xiyabanda dəfn ediləcək.