Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində “Qarabağ” klubu növbəti oyununu keçirib.Rəqib İngiltərə “Tottenhem” klubu idi.
Ağdam klubu öz meydanında keçirdiyi son oyunda minimal hesabla məğlub olub. “Tottenhem”in yeganə qolunu 78-ci dəqiqədə Harri Keyn vurub.
Bu nəticədən sonra “Qarabağ” qrupda sonuncu yerdə qərarlaşıb.