Noyabrın 26-da Ali Məhkəmədə keçmiş səhiyyə naziri Əli İnsanovun kassasiya sikayəti üzrə məhkəmə iclası kecirildi. Hakim İnqilab Nəsirovun sədrliyi ilə kecirilən məhkəmə prosesi cox qısa oldu. Hakim bildirdi ki, iş üzrə zərərçəkmiş qismində tanınan şəxslərə məhkəmə bildirişlərinin, o cümlədən kassasiya sikayətinin surətinin çatıb-çatmadığı barədə poçt qəbzi yoxdur. Bu səbəbdən də hakim məhkəmə prosesinin qeyri-müəyən vaxta qədər təxirə salındığını elan etdi.
Məhkəmə iclasında Əli İnsanov özu iştirak etməyib.
Xatırladaq ki, Əli İnsanov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin onun barəsində 2007-ci ilin aprelində çıxardığı hökmdən Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmişdi. Avropa Məhkəməsi 2013-cü ildə həmin şikayət üzrə verdiyi qərarda Əli İnsanova münasibətdə Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 3-cü (işgəncəyə, pis rəftara məruz qalmama hüququ) maddələrinin pozulduğunu təsdiqləmiş və buna görə sabiq nazirə kompensasiya verilməsini müəyyənləşdirmişdi. Avropa Məhkəməsinin həmin qərarı əsasında Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işi üzrə hökmün qüvvədə saxlanılması barədə apellyasiya ve kassasiya instansiya məhkəmələrinin vaxtilə çıxardığı qərari ləğv etdi. Bundan sonra Baki Apellyasiya Məhkəməsi bir daha hökmdən şikayətə baxdı və 2014-cü ilin yanvarında çıxarılan qərara əsasən, yenə də hökm dəyişdirilmədənqüvvədə saxlanılıb. Hazırda Ali Məhkəmədə həmin qərardan verilmiş kassasiya şikayətinə baxılır.
Əli İnsanov 2005-ci il oktyabrın 19-da həbs olunub. 2007-ci ilin aprelində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmu ilə 11 il azadlıqdan məhrum edilib. Sabiq nazir hazırda 13 saylı cəzaçəkmə müəssisəsində həmin cəzanı çəkməkdədir.