Rusiya döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulması iki ölkə arasında gərginliyi durmadan artırır. Artıq söz davası, xəbərdarlıqlar əməli addımlarla əvəzlənir. Belə ki, dünən axşam Rusiyaya səfər edən bir qrup Türkiyəli iş adamı, Moskvaya buraxılmayıb və gəldikləri təyyarə ilə geri qaytarılıblar. Rusiya tərəfi ölkəyə yalnız oturmu və ya iş icazəsi olan türklərin girə biləcəyini bildirib. İstanbul Hazırgeyim və Hazır paltar İxracatçılar Birliyinin rəhbəri Hikmət Tanrıverdi xəbərin doğruluğunu təsdiqləyib: “Rusiyaya gedən bəzi iş adamlarının ölkəyə girə bilmədiyini, bəzilərinin isə saatlarla hava limanında gözlədildiyini öyrəndim. İş adamlarına yaradılan problemlər Rusiya vətəndaşlarını da təsir edəcək”,deyə bildirib.
azadliq.info