Baş Prokurorluğun əməkdaşları Milli Təhlükəsizlik Nazirliyinin transmilli iqtisadi cinayətkarlıqla mübarizə idarəsinin rəisi general-mayor Subahir Qurbanovu həbs edib. Bu barədə hüquq mühafizə orqanlarındakı mənbələrə istinadən haqqın.az saytı məlumat yayıb.
məlumata görə, generalın barəsində 3 ay həbs qərarı çıxarılıb.
Subahir Qurbanov keçmiş nazir Eldar Mahmodovun yaxın adamı hesab olunur. bundan əlavə, o eks-nazirin ikinci “kassiri” sayılırdı.
İstintaq S.Qurbanovu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərindən 4 il ərzində onlara “himayədarlıq etmək” adı altında pul almaqda ittiham edir.
S.Qurbanov həmçinin tabeçiliyində olan Zülfüqar Əliyev, Natiq Əliyev və Zaur Məmmədovla birgə 2015-ci ilin martında iş adamı Z.Salmanovun ofisində qanunsuz axtarış aparmaqda, daha sonra sahibkarı həbslə hədələyərək ondan böyük məbləğdə pul almaqda ittiham olunur.
Bu cinayətkar qruplaşma biznesmenlər K.Seyfullayev, H.Əliyev, A.Kərimov, E.İbadov, S.Məcidov, E.Mirzəyev və digərlərinin pullarını da eyni sxem üzrə ələ keçirib.