Həbsdə olan jurnalist Rauf Mirqədirovun anası Rəfiqə İsayeva Amerikanın Səsinə müsahibəsində irəli sürülən ittiham, oğlunun sağlamlıq durumu, məhkəmə prosesinə buraxılmamasından danışıb və dövlət başçısına, onun xanımına müraciət edib.
Amerikanın Səsi: Oğlunuz neçə aylardır həbsdədir. Münasibətiniz necədir, nə sözünüz var?
Amerikanın Səsi: Sizi məhkəməyə buraxmırlar, məhkəməni qapalı keçirirlər. Münasibətiniz necədir?
Rəfiqə İsayeva: Mirqədirov Raufun məhkəməsinə anasının buraxılmamasını tam mənası ilə müsbət qarşılamıram. Ona görə müsbət qarşılamıram ki, övlada anadan yaxın heç bir insan yoxdur. Hər halda onların gizli saydıqları bir məsələ varsa ana onu heç vaxt heç yerə çıxara bilməz.
Amerikanın Səsi: Siz ilk məhkəmə prosesində Raufla görüşdünüz. Necə təsir bağışladı? İstintaqdan əvvəlki səhhəti ilə indiki səhhəti arasında nə qədər fərq var idi?
Rəfiqə İsayeva: Rauf çox sağlam, çox təkəbbürlü, vüqarlı bir şəxsdir. Onun heç vaxt bir xəstəliyi olmayıb. Ancaq bir il doqquz ay o yatıb (həbsdə qalıb-red), o vaxt onda xəstəliklər, baş ağrısı, qan təzyiqi və gözünün zəifləməsi olub.
Amerikanın Səsi: Neçə müddətdir Raufsuz tək yaşayırsınız. Sizə necə təsir edib, səhhətiniz necədir?
Amerikanın Səsi: Oğlunuzun dövlətə xəyanət etməsinə inana bilərsinizmi?
Amerikanın Səsi: Cəmiyyətə, hökumətə, beynəlxa1q təşkilatlara sözünüz varmı?
Amerikanın Səsi: Məhkəməyə sözünüz?
Rəfiqə İsayeva: Məhkəmədən xahiş edirəm ki, oğlumun işinə düzgün, obyektiv baxsın, ona haqq-ədalət naminə bəraət versin.
Rəfiqə İsayeva Amerikanın Səsi vasitəsi ilə bütün jurnalistlərə təşəkkür edib. “Jurnalistlər Rauf həbsdə olan müddətdə də gəlib məni yoxlayıblar, hal-əhval tutublar, mənəvi olaraq mənə dayaq olublar. Mən Azərbaycan Respublikasının jurnalistlərinin hamısına bircə-bircə təşəkkür edirəm,”deyə o, əlavə edib.